“Gey lüğəti” nədir? LGBTİQ+ icmasının işlətdiyi jarqonlar

Əli Məlikov (Ali Malikov)
4 min readOct 2, 2021

Belə bir məsəl var: “Dil nə qədər böyük meydan aça bilsə, fikir də özünü o qədər azad hiss edər.” Dil insan ünsiyyətinin çox mühüm vasitəsidir. Təfəkkürlə sıx əlaqəli, informasiyanın qorunması və saxlanmasının sosial vasitəsidir. Dil cəmiyyətin təşəkkülü zamanı ibtidai insanların birgə əmək fəaliyyəti prosesində yaranmışdır və anlaşılan nitqin meydana gəlməsi insanın, cəmiyyətin və şüurun sonrakı inkişafı üçün güclü vasitəyə çevrilmişdir. Ləhçə isə; bir dilin həmin dildən ayrılmış və tarixi inkişaf prosesində fərqli şəkildə inkişaf etmiş qollarıdır.

Başqa sözlə, ləhcə, qaranlıq dövrlərdə özündən ayrılan, uzun müddət əvvəl yazılı mətnlərlə izlənilə bilməyən və ayrıldığı dildən həm səs, həm də forma baxımından fərqləri olan bir dilin qoludur. Bu gün də danışacağım mövzu elə məhz “gey lüğəti” adlandırdığımız, LGBTİ+ icması tərəfindən istifadə olunan “ləhçədir”. Həmin bu jarqon ifadələri gündəlik həyatınızda başqa versiyalarda eşitsəniz də, bunların LGBTİlər üçün xüsusi mənaları var. Hansı ki, o mənaları hər adamın bilməsi mümkün deyil. Daha əvvəl bu terminlər feminin gey və trans icmaları daha aktiv istifadə olunub mənimsənilsə də, indilərdə bütün icma tərəfindən qəbullanılıb və gündəlik jarqon ifadələrdə tez-tez işlədilirlər. Bu “lüğətə” daxil olan ifadələrin əksəriyyəti sovetlər dövründə yarandığına görə rus mənşəli ola bilər, lakin bir çox milli sözlərin “çevrilməsi” nəticəsində ortaya çıxanlar da vardır. Tapdıqlarım, böyüklərdən eşidib-gördüklərimə əsasən aşağıdakiləri yazıram;

Qıy” — Əsasən milli geylərimiz tərəfindən işlədilən ifadə. “əylənmək, gəzmək, fors eləmək, padxod eləmək, biraz feminin olmaq” anlamlarına gəlir və çox universal sözdür. qıy sözünün lgbt dairələrində bir neçə törəməsi var :

qıysan!“- qəşəngsən, şənsən, zövqlə geyinmisən.

qıylaşmısan” — geyimində rənglər artıb, feminin olmusan.

qıy-bacı” — feminin gey.

qıynan! ” — nidadır, həyatın şən məqamlarında danışanın sevincini bildirir, “urra!!” nidasının LGBT formasıdı.

Defka” — Geylər arasında bir növ kateqoriya. kökü rus sözü “девка“(“qız”-ın köhnəlmiş versiyası və ya “evdə qalmış” qız). adətən feminin geylərə deyilir. bir çox hallarda geylər arasında gedən söhbət zamanı “aaaz, defkadı ki bu!” deməsi mənasına gəlir.

Paxlava– Qadın. Paxlavanın forması vaginanı “xatırlatdığından” bu ad verilib. Bir növ qadını obyektivləşdirmədir əslində. Nə qədər qeyri-etik də olsa, işlənilir.

Xoşlayanski — “nəsə xoşuna gəlir də elə bil.”

Layihə — qabaqcadan planlaşdırılmış seks üçün görüşə verilən ad.

Lanqa — kişi, yekə penisli oğlan.

Abort — klizma. Seks öncəsi təmizlik zamanı edilən fiziki hərəkətə verilən ad.
“Abort eləmişəm”.

9 gəlmək– yalan danışmaq. Doğruları ifadə etməyən hal və ya nitq.

Az, yaxşı– “doğurdan?”

#31# — latent/gizli homoseksuala verilən ad. Əsasən gizli şəkildə həyatını yaşayan və gündəlik həyatında LGBTİ+ləri pisləyən şəxsə deyilən təhqiramiz ifadə.

Ujas — dəhşət. Elə rus dilində işlədilən mənasındadır. Heç bir dəyişimə məruz qalmadan dilə gəlmişdir. Təccüblü, qorxulu vəziyyətləri ifadə etmək üçün istifadə olunur. “Ujas da, ay qız, bunun vidinə bax?!”

Kabluk sındırmaq– sülənmək, əylənmək. Səhərə kimi şəhərdə qıy* vurmaq.

Qavno — pox. Nəsə bir pox var kimi. “Az, qavno var nəsə.” Rus sözüdür.

Koroleva — kraliça. Məşhur gey.

Xalq artisti — Tanınmış gey. İllərdir LGBTİ+ icmasında olan.

Ana– qoca və bilikli gey. “O yolları” gedib-gəlmiş və növbəti nəsilə yol göstərən bilici.

Qoluboy — homoseksual. Sözün yaranmasına dair bir versiyaya görə; bir sıra araşdırmalar iddia edir ki, “qoluboy” damğası rus dilinə Amerika polis bölmələrindən keçmişdir. 20-ci əsrin əvvəllərində Amerika türmələrində homoseksualları blueribbon (“mavi lent”) adlandırırdılar. Hansısa möcüzəvi üsulla bu termin 1930-ci ildə sovet türmələrinə gəlib çıxdı. Və artıq 1970-ci ildə mavi məhz homoseksualları ifadə etməyə başladı.

Petux — homoseksual. Sözün yaranmasına dair bir versiyaya görə; məhbuslar arasında mübahisələr, əsasən, hər hansı bir məlumat sızan zaman yaşanırdı və məlumatı xəbərləyənlər zorlanırdı. Xəbərçilərə “banladıqlarına” görə “petux” damğası vurulurdu. Məhbuslar arasında eynicinsli cinsi əlaqə yaşanan zaman passiv tərəflərə də bu cür müraciət olunurdu.

Buğur — Yola vermək, qırmaq.

Qayçı — lezbiyan cütlük arasındaki seks pozası. Bəzən lezbiyanlara xitab olaraq da zarafat məqsədli “qayçı” deyilir.

Malaletka — azyaşlı.

Dura — Səfeh. Axmaq.

Lay divaryekəpər oğlan.

Papatülpanseks işçilərinə müştəri tapan gey.

Vedrə — 1. anal dəliyi geniş olan passiv gey. 2. həddən çox partnyoru olduğu üçün anal dəliyinin genişləndiyi düşünülən passiv gey.

Nutella –üzə duran, ikiüzlülük edən, buna rəğmən sevilən şəxsə qoyulan ləqəb.

Davalkaçox cinsi əlaqəsi olan.

Ləçəryüngül xasiyyətli.

Rakumdombalmaq.

Yobrsugar daddy, “saxlayan”.

Matka — Hard seks sonrası anal dəliyin təziqə məruz qalmasına deyilən söz.

Matışirinlik xitabı. Şirin tərzdə müraciət.

Şalava — abırsız.

nəqşi-cahanvagina.

gündəyməzvagina, penis, göt.

tanrıçaana, diva və korolevadan daha böyük “rütbə”

( 6–9); “sən doqquzsan” “sən yalançısan. Hər tərəfdən fərqli görünürsən.

divardeşənpenis.

Aybaşıishal olmaq.

Damaüstün səviyyə gey, elit fərd.

Vedrəgülüseks partnyorları çox olan şəxs.

Quyuanal dəliyin genişliyi nəzərdə tutulur, artıq anal seks zamanı ağrı hiss etməyən şəxsə deyilir.

Qara dəlikistənilən kəslə cinsi əlaqədə ola bilən (razı olan), sadəcə seks düşünən şəxs.

Petruşka — 1. cındır, 2. Arada söz gəzdirən.

PS: axtararaq tapdıqlarım bunlardır. Əlbəttə, daha çox ifadələr var və bunlar yenilənir, köhnələr çıxarılır, leksikon dəyişir. Yuxarıda dediklərim isə ən çox işlədilənlərdir. Yenə də, siz siz olun, anlayışları qarışdırmamağa çalışın, hər “qıy” və ya “xalq artisti” yuxarıdaki mənaları verməyə bilər.

--

--

Əli Məlikov (Ali Malikov)

Interested in queer blogging, LGBTIQ+ and creating audio-visual material in feminist content. Twitter & Instagram: elimelikov06